26 İyul 2025, 22:00
FUTBOL
"Lion"un fransalı yarımmüdafiəçisi Jordan Vertue "Əl-Ərəbi"nin futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2 illik - 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmır, lakin mətbuatda yayılan xəbərlərə görə, "Lion" futbolçu üçün 500 min avro alıb. Məbləğin azlığı, Vertunun müqaviləsinin 2026-cı ilin yayında başa çatması və "Lion"un maaş fondunu boşaldıb futbolçudan yaxa qurtarmaq istəməsi ilə bağlıdır.
Qeyd edək ki, Vertue ötən mövsüm bütün turnirlərdə 38 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Lion" maliyyə problemlərinə baxmayaraq, Liqa 1-dəki yerini qoruyub saxlaya bilib.