27 İyul 2025, 00:15
FUTBOL
Yevlax təmsilçisi Şri Lanka millisinin üzvü Samuel Durrant ilə 1 illik müqavilə imzalayıb.
2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında oynayacaq "Karvan" klubu növbəti transferini həyata keçirib.
Matc.az Yevlax təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şri Lanka millisinin üzvü Samuel Durrant ilə 1 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçi karyerasına İngiltərənin "Liverpul" klubunda başlayıb. Daha sonra "Blakbörn" (İngiltərə), "Dundalk" (İrlandiya) və "Connahs Quay" (Uels) klublarında forma geyinib.
23 yaşlı oyunçu Şri Lanka millisində 7 oyun keçirib.