27 İyul 2025, 11:35
FUTBOL
Bu gün "Neftçi" Polşadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirəcək.
Matc.az xəbər verir ki, "ağ-qaralar" Yunanıstanın "Asteras" klubu ilə üz-üzə gələcək.
Kieltse şəhərindəki Pilkarski stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Samir Abasovun komandası Polşadakı təlim-məşq toplanışında "Hapoel Təl-Əviv" (1:1) və "Bruk-Bet Termalika" (Polşa) (2:2) ilə qarşılaşmışdı. Komanda son yoxlama görüşünü isə avqustun 1-də AEL-ə (Kipr) qarşı keçirəcək.