"Arsenal"ın mərkəz müdafiəçisi Vilyam Saliba London klubunda xoşbəxtdir və 2029-cu ildə keçiriləcək növbəti klublararası dünya çempionatına qədər komanda dəyişməyi düşünmür.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Bildirilir ki, "topçular"ın 24 yaşlı futbolçu ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaq niyyətində olduğu vurğulanır. "Arsenal" Salibanı hətta "Real"ın təklif etməyə hazır olduğu böyük məbləğə da satmaq istəmir.

Qeyd edək ki, fransız müdafiəçi 2019-cu ildə "Sent-Etyen"dən London komandasına keçib. Ötən mövsüm Saliba bütün turnirlərdə 51 matçda iştirak edib və 2 qol vurub. "Transfermarkt" portalında futbolçunun dəyəri 80 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest