PSJ-nin mərkəz müdafiəçisi Milan Şkrinyar tam hüquqlu olaraq "Fənərbaxça"ya keçir.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat verib.

Bildirilir ki, İstanbul klubu Slovakiya millisinin 30 yaşlı kapitanı ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan şəxsi müqavilənin şərtləri ilə bağlı razılığa gəlib.

"Fənərbaxça" artıq PSJ-yə Şkrinyar üçün yeni təklif göndərib, lakin təfərrüatları açıqlanmır. Joze Mourinyonun klubu fransızlardan müsbət cavab gözləyir.

Xatırladaq ki, Milan Şkrinyar ötən mövsümün ikinci yarısını icarə əsasında "Fənərbaxça"da keçirib. Bu müddət ərzində mərkəz müdafiəçisi 23 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Şkrinyarın parislilərlə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" futbolçunu 15 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest