"Torino" "Sportinq"in və Uruqvay millisinin qapıçısı Franko İsrael ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilə 2029-cu ilə qədər nəzərdə tutulur və transfer məbləği 4,5 milyon avrodur. Bu pulun yarısını 2022-ci ildə futbolçunu portuqallara satan Turin "Yuventus"u alacaq.

Qeyd edək ki, ötən mövsüm İsrail bütün turnirlərdə 22 oyun keçirib ki, 23 qol buraxıb və 10 görüşdə qapısını toxunulmaz saxlayıb. O, Uruqvay millisi ilə də bir oyunda meydana çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest