Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun da çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu İngiltərə təmsilçisi "Çelsi"nin hücumçusu Joau Feliksi transfer etməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubu portuqaliyalı oyunçunu üçün qarşı tərəfə rəsmi təklif göndərib. Transferin yaxın günlərdə baş tutması gözlənilir.

Qeyd edək ki, Feliks ötən mövsümün yarısını icarə əsasında İtaliyanın "Milan" klubunda keçirib və 21 matçda 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest