27 İyul 2025, 18:26
FUTBOL
"Flamenqo" İtaliyanın "Milan" klubundan sağ cinah müdafiəçisi Emersonu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, braziliyalı futbolçu yeni klubu ilə 2028-ci ilin sonuna kimi, daha bir mövsüm uzmaq imkanı ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Emerson keçən yay 15 milyon avroya İngiltərənin "Tottenhem" klubundan "Milan"a keçib. Braziliya millisinin sabiq futbolçusu əvvəllər "Barselona", "Betis" və "Atletiko Mineyro"da çıxış edib.