"Bavariya"nın 23 yaşlı vingeri Brayan Saraqosa karyerasını "Selta"da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Futbolçu məcburi satınalma maddəsi ilə icarəyə göndəriləcək. Hazırda klublar transferin bütün şərtləri ilə bağlı artıq prinsipial razılığa gəliblər.

Qeyd edək ki, 2024/25 mövsümündə Saraqosa "Osasuna"da icarə əsasında çıxış edib. İspan futbolçu La Liqada 27 matçda 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest