28 İyul 2025, 10:57
FUTBOL
"Sumqayıt"dan ayrılan Alan Diasın yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Qazaxıstanda davam etdirəcək.
26 yaşlı futbolçu "Ordabaşı"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sambaçı" yeni klubu ilə 2025-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Alan 2025/2026 mövsümündə "Sumqayıt"da çıxış edib.












