28 İyul 2025, 12:12
FUTBOL
"Çelsi"nin futbolçusu Joao Feliş karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Əl-Nəsr" portuqaliyalı hücumçunun transferi üçün İngiltərə klubu ilə razılıq əldə edib. 25 yaşlı oyunçu bu gün yeni klubu üçün tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Joao Feliş ötən mövsümün ikinci yarısında icarə əssasında "Milan"da çıxış edib.












