IV qrupda mübarizə aparacaq "ağ-qaralar" I təsnifat mərhələsində Türkiyənin “ABB Fomget” klubu ilə yarımfinal görüşünə çıxacaq. Albaniyada – Tirana stadionunda baş tutacaq görüş bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
"Neftçi"nin qadın futbolçulardan ibarət komandası bu mövsüm UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək.
Matc.az xəbər verir ki, IV qrupda mübarizə aparacaq "ağ-qaralar" I təsnifat mərhələsində Türkiyənin “ABB Fomget” klubu ilə yarımfinal qarşılaşmasına çıxacaq. Albaniyada – Tirana stadionunda baş tutacaq görüş bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Cütün qalibi avqustun 3-də İsrailin “Kiryat Qat” klubu ilə final oyununda üz-üzə gələcək.
Qeyd edək ki, baş məşqçi Siyasət Əsgərovun yetirmələri ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.