"Tottenhem"in futbolçusu Miki Mur karyerasını Şotlandiyada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Reyncers" ingiltərəli vingerin keçidi ilə bağlı London klubunu razı sala bilib. 17 yaşlı oyunçu növbəti mövsümü icarə əsasında Şotlandiyada keçirəcək.

Qeyd edək ki, Miki Mur "Tottenhem"in yetirməsidir. Gənc futbolçu ötən ilin yayında əsas komandaya cəlb olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest