30 İyul 2025, 11:56
FUTBOL
"Atletiko"nun futbolçusu Samuel Lino karyerasını ölkəsində davam etdirəcək.
Matc.az xəbər verir ki, braziliyalı vinger "Flamenqo"ya keçib. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb.
A Seriyası təmsilçisi Lino üçün Madrid klubuna 22 milyon avro təzminat ödəyib. 25 yaşlı oyunçu "Flamenqo" ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Samuel Lino ötən mövsüm "Atletiko"nun heyətində keçirdiyi 47 oyunda 4 qol vurub, 8 qol ötürməsi edib.