"Fənərbaxça"nın futbolçusu Miha Zayts karyerasını Xorvatiyada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "Sportske Novosti" nəşri məlumat yayıb.

"Dinamo" sloveniyalı yarımmüdafiəçi ilə anlaşıb. Zaqreb təmsilçisi 31 yaşlı oyunçu üçün Türkiyə klubuna təzminat ödəməyəcək.

Qeyd edək ki, Miha Zayts ötən mövsüm icarə əsasında "Tuluza"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest