UEFA Konfrans Liqasının 2-ci təsnifaat mərhələsində "Araz-Naxçıvan"In rəqibi olan "Aris"də ayırlıq gerçəkləşib.

Matc.az xəbər verir ki, Yunanıstan təmsilçisi qapıçı Filip Sidklevi Qətərin "Əl-Biddə" klubuna satıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı isveçli qolkiper ötən ilin yayından "Aris"də çıxış edirdi.

Qeyd edək ki, "Araz-Naxçıvan" Bakıda keçirilən ilk oyunda "Aris"i 2:1 hesabı ilə məğlub edib. Komandalar  arasındakı cavab görüşü sabah Salonikidə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest