30 İyul 2025, 14:50
FUTBOL
PSJ-nin yeni müqavilə təklifini qəbul etməyən Canluici Donnarumma karyerasını İngiltərədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
"Mançester Yunayted" italiyalı qolkiperi transfer etmək istəyir. Premyer Liqa nəhəngi 26 yaşlı futbolçu üçün Fransa klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Canluici Donnarumma 2021-ci ilin yayından PSJ-də çıxış edir. Onun Paris təmsilçisi ilə 1 illik müqaviləsi qalıb.