Jedson Fernandeşi "Spartak"a satan "Beşiktaş" onu əvəzinə "Vest Hem"də çıxış edən Quido Rodriqesi transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "A Spor" televiziyası məlumat yayıb.

İstanbul nəhəngi Argentina millisi ilə dünya çempionu olmuş 30 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəyir. "Beşiktaş" rəhbərliyi təcrübəli oyunçu üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Quido Rodriqes ötən mövsüm "Vest Hem"in heyətində keçirdiyi 24 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest