"Nottingem Forest" "Bolonya"dan Dan Ndoyeni transfer edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə klubu 24 yaşlı vinger üçün A Seriyası təmsilçisinə bonuslarla birlikdə 45 milyon avro ödəyəcək. İsveçrə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dan Ndoye ötən mövsüm "Bolonya"nın heyətində keçirdiyi 41 oyunda 9 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest