23 Avqust 2025, 18:06
FUTBOL
"Aston Villa"nın ispaniyalı sol cinah müdafiəçisi Aleks Moreno "Jirona"ya keçib.
Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2 il - 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 32 yaşlı ispaniyalı futbolçu daha əvvəl "Aston Villa" ilə müqaviləsini ləğv edərək, "Jirona"ya azad agent kimi keçib.
Qeyd edək ki, 2023-cü ilin yanvarında "Aston Villa" Moreno üçün "Betis"ə 13,5 milyon avro ödəyib. 32 yaşlı ispaniyalı keçən mövsümü icarə əsasında İngiltərənin digər klubu "Nottingem Forest"də keçirib və bütün turnirlərdə 19 matçda 1 məhsuldar ötürmə edib. "Transfermarkt" hazırda futbolçunun dəyərini 7 milyon avro qiymətləndirir.