24 Avqust 2025, 11:07
FUTBOL
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim klubun strateji planlarından danışıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
"Düşünürəm ki, hamı bilir ki, bizim bu mövsüm üçün deyil, qarşıdakı üç il üçün bir məqsədimiz var: Premyer Liqanı qazanmaq. Bu məqsədə çatmaq üçün müəyyən addımları atacağıq. Amma bu klubda hər həftə hər şey dəyişir, biz buna hazır olmalıyıq. Səs-küyə fikir verməməli, işi görməliyik və matçlarda qalib gəlməyə çalışmalıyıq".
Xatırladaq ki, İngiltərə Premyer Liqasının yeni mövsümünün 1-ci turunda "Mançester Yunayted" doğma meydanda London "Arsenal"ına 0:1 hesabı ilə uduzmuşdu.