24 Avqust 2025, 11:32
FUTBOL
"Porto" Ukrayna millisinin üzvü Aleksandr Zinçenko ilə müqavilə bağlamaq cəhdlərini davam etdirir.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat paylaşıb.
Bildirilir ki, Portuqaliyalı klubunun əsas problemi futbolçunun maaşıdır - illik 6,5 milyon avro.
"Arsenal" isə ukraynalının qiymətini potensial alıcıya uyğun qiymətə endirməyin əleyhinə deyil. Premyer Liqanın ilk iki turunda Zinçenko londonluların iştirak ərizəsinə belə salınmayıb.
Xatırladaq ki, Ukrayna millisinin futbolçusu 2022-ci ildən "Arsenal"da çıxış edir. O vaxtdan bəri bütün turnirlərdə 91 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.