24 Avqust 2025, 12:00
FUTBOL
Millimizin kapitanı Sevinc Cəfərzadə Türkiyənin "Yüksekova"a klubuna keçib.
Azərbaycanın qadınlardan ibarət milli komandasının kapitanı Sevinc Cəfərzadə Türkiyənin "Yüksekova"a klubuna transfer olunub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında bir mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, Cəfərzadə son olaraq "Krasnodar" klubunda çıxış edib.