24 Avqust 2025, 14:06
FUTBOL
Münhenqladbax "Borussiya"sı Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Covanni Reynanın transferini elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, amerikalı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, ötən mövsüm 22 yaşlı Reyna bütün yarışlarda 26 matçda meydana çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə edib.