24 Avqust 2025, 15:17
FUTBOL
Almaniyanın Dortmund "Borussiya"sı heyətini yeni futbolçu ilə gücləndirir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, Bundesliqa təmsilçisi İngiltərənin "Çelsi" komandasından Aaron Anselminonu icarəyə götürür.
Anlaşmaya əsasən, 20 yaşlı müdafiəçi 2025/2026 mövsümündə Dortmund klubunda çıxış edəcək.