"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan Almaniya Bundesliqasına qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə Nikolo Şira məlumat paylaşıb.

Bildirilir ki, yarımmüdafiəçi ilə Leverkuzen "Bayer"i maraqlanır. 34 yaşlı futbolçu "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın planlarına daxil edilməyib, ona görə də İngiltərə klubu "transfer pəncərəsi"nin son günlərində Gündoğan satmaq istəyir.

Türk əsilli almaniyalı yarımmüdafiəçinin müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir, transfer dəyəri 5 milyon avro olaraq qiymətləndirilir. Ötən mövsüm o, "Mançester Siti"nin heyətində bütün turnirlərdə 54 matçda 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest