PSJ-nin yarımmüdafiəçisi Renatu Sançesi icarəyə verib.

Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu "Panatinaikos"a keçib.

Portuqaliyalı oyunçu 2025/2026 mövsümündə Yunanıstan təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Renatu Sançes 2024/2025 mövsümündə icarə əsasında Portuqaliyanın "Benfika" komandasında çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest