25 Avqust 2025, 10:37
FUTBOL
Futbol üzrə Xorvatiya çempionatında 4-cü turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" səfərdə son çempion "Riyeka" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət də bu görüşün iştirakçısı olub. 24 yaşlı yarımmüdafiəçi 68-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Varajdin" 4 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.