25 Avqust 2025, 14:01
FUTBOL
"Komo" "Tottenhem"in argentinalı hücumameyilli yarımmüdafiəçi Niko Pası transfer etmək təklifini rədd edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat verib.
İngilis klubu 70 milyon avroluq yeni təklif etsə də, əvvəlkilər kimi bu da rədd edilib.
Futbolçunun özü də karyerasının bu mərhələsini Madrid "Real"ına qayıtmağa hazırlıq hesab etdiyi üçün komandadan ayrılmağı planlaşdırmır.
Qeyd edək ki, Pas ötən mövsüm A Seriyasının əsas kəşflərindən biri olub. O, İtaliya çempionatında 35 matçda 6 qol vurub, 9 məhsuldar ötürmə edib. Argentina millisinin 20 yaşlı oyunçusunun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.