Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Matc.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək Qazaxıstan - Uels oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Astana şəhərində yerləşən “Astana Arena”da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest