“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher Premyer Liqaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ben Ceykobs məlumat yayıb.

“Kristal Pelas” ingiltərəli futbolçunu icarəyə götürmək istəyir. London təmsilçisi 25 yaşlı oyunçu üçün İspaniya klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, “Atletiko” Konor Qallaheri ötən ilin yayında “Çelsi”dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 5 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest