“Qalatasaray”ın yarımmüdafiəçisi Efe Akman komandadan ayrılan bilər.

Matc.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.

Türk futbolçunu Avropanın iki klubu transfer etmək istəyir. İspaniya II La Liqasında mübarizə aparan “Andorra” və Belçikanın yüksək liqa təmsilçisi “Vesterlo” Efenin xidmətində maraqlıdır. Hər iki klub 19 yaşlı oyunçu üçün “sarı-qırmızılar”a rəsmi təklif göndərib.

Qeyd edək ki, Efe Akman “Qalatasaray”ın yetirməsidir. Türkiyə U-19 millisinin üzvü “sarı-qırmızılar”ın əsas komandasının heyətində 11 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest