26 Avqust 2025, 11:26
FUTBOL
"Çelsi"nin futbolçusu Rahim Sterlinq karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
"Beşiktaş" ingiltərəli vingerin transferi üçün onun klubu ilə razılıq əldə edib. 30 yaşlı oyunçu "qara qartallar"ın maaş təklifini qəbul etsə, onunla 2+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Rahim Sterlinq ötən mövsüm icarə əsasında "Arsenal"da çıxış edib.