26 Avqust 2025, 12:17
FUTBOL
"Qalatasaray"ın transfer etmək istədiyi Manuel Akanci İngiltərədə qala bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Kristal Pelas" isveçrəli futbolçunu transfer etmək istəyir. Premyer Liqa təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Manuel Akanci ötən mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 40 oyunda 2 qol ötürməsi edib.