26 Avqust 2025, 12:35
FUTBOL
"Fiorentina" "Kalyari"dən hücumçu Roberto Pikkolini transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Florensiya təmsilçisi italiyalı futbolçu üçün onun klubuna 25 milyon avro təzminaat ödəyib. 24 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Roberto Pikkoli ötən mövsüm "Kalyari"nin heyətində keçirdiyi 40 oyunda 11 qol vurub, 4 qol ötürməsi edib.