UEFA-nın sabiq prezidenti, FIFA-nın isə keçmiş vitse-prezidenti Lennart Yohansson vəfat edib. Matc.az xəbər verir ki, isveçli funksioner 89 yaşında dünyasını dəyişib. 

Yohansson qitə futbol qurumuna 1990 - 2007-ci illərdə rəhbərlik edib və bu vəzifədə ən uzun müddət qalan şəxs olub. Məhz onun fəaliyyəti dövründə AFFA UEFA və FIFA-ya üzv olub. Mərhum 26 yanvar 2007-ci ildə keçirilmiş seçkidə fransalı Mişel Platiniyə uduzub. Yohansson 2005-ci ilədək İsveçin AİK klubunun prezidenti olub. UEFA Gənclər Liqasının kubokuna onun adı verilib. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest