Qarşılaşmanı Kevin Blom idarə edəcək. Yan xətt hakimləri Bas van Dongen və Johan Balder, dördüncü hakim isə Serdar Gözüböyük olacaq.

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Macarıstan görüşünün hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, qitə futbol qurumu iyunun 8-də keçiriləcək oyunu hollandiyalılara həvalə edib.

Qarşılaşmanı Kevin Blom idarə edəcək. Yan xətt hakimləri Bas van Dongen və Johan Balder, dördüncü hakim isə Serdar Gözüböyük olacaq.  

Qeyd edək ki, Blom klublarımızdan "Neftçi"nin oyunu idarə edib. O, UEFA Avropa Liqasının 2012/2013 mövsümündə "flaqman"ın "İnter"lə oyununda iş başında olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest