"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Maatc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Ərəb ölkəsinin iki klubu ingiltərəli futbolçu ilə maraqlanır. 32 yaşlı mərkəz müdafiəçisi gələn ilin yayında "qırmızı şeytanlar"la müqaviləsi başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına getməyi planlaşdırır.

Qeyd edək ki, Harri Maquayr bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 3 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest