“Barselona” və Madrid “Real”ının sabiq yarımmüdafiəçisi Luis Fiqu Joze Mourinyonun vaxtilə Kataloniya klubunun baş məşqçisi postuna təyin oluna biləcəyini bildirib. Portuqaliyalı mütəxəssis 1996–2000-ci illərdə “Barselona”da baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
Matc.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan Fiqunun sözlərinə görə, Mourinyonun “Barselona”ya rəhbərlik etmək üçün lazımi keyfiyyətlərə malik olduğunu düşünür.
“Mourinyo “Barselona” üçün yaxşı məşqçi ola bilərdi. Onun adı Xosep Qvardiolanın təyinatından əvvəl də müzakirə olunurdu. Görünür, insanlar onun “Barselona”ya rəhbərlik etmək üçün lazımi keyfiyyətlərə sahib olduğuna inanırdılar. Mən onunla birlikdə işlədiyim dövrdə Mourinyonun təcrübəsi hələ kifayət etməyə bilərdi. Lakin sonrakı karyerasına və qazandığı uğurlara nəzər salsaq, onun “Barselona” üçün uyğun məşqçi ola biləcəyinə şübhə yoxdur. O, bunun üçün lazımi bacarıq və biliyə malik idi. Mourinyo kluba qayıtsaydı, həm onun fəlsəfəsini, həm də komandanı artıq tanıyacaqdı” - deyə, Fiqu bildirib.


_1558556132.jpg)










