Hazırda “Çikaqo”da oynayan polşalı hücumçu Robert Levandovski hesab edir ki, müasir futbolun sürətli inkişafı və gənc oyunçuların erkən yaşda yüksək səviyyəyə çatması gələcəkdə onların uzun müddət zirvədə qalmasını çətinləşdirəcək. Matc.az xəbər verir ki, 38 yaşlı futbolçu bu fikrini bölüşərkən nəsillər arasındakı fərqlərə, fiziki yorğunluğa və yüksək səviyyədə çıxış etmək üçün tələb olunan davamlı əməyə diqqət çəkib.
“Gələcəkdə futbolçuların bizim bacardığımız və ya hələ də bacardığımız qədər uzun müddət zirvədə qalması mümkün olmayacaq. Bu gün gənc oyunçular üçün hər şey daha asan və sürətlə baş verir. Bizim nəslin uğur qazanması üçün daha çox vaxta ehtiyacı var idi. Səbirli olmalı, məqsədimizə çatmaq üçün illərlə çalışmalı idik.
İndi isə gənc futbolçular çox erkən yaşda yüksək səviyyəyə çatırlar. Buna görə də onların zirvədə uzun müddət qala biləcəklərinə əmin deyiləm. Axı onlar da insandırlar” – deyə, futbolçu bildirib.
Qeyd edək ki, karyerası ərzində “Barselona” və “Bavariya” kimi klublarda çıxış etmiş Levandovski müasir futbolun ən tanınmış hücumçularından biridir.










_1694187064.png)

