AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcək Macarıstan yığması daha bir futbolçusunu itirib. Hücumçu Şoter Donat Bakıya gətirilməyəcək.

AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcək Macarıstan yığması daha bir futbolçusunu itirib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, hücumçu Şoter Donat Bakıya gətirilməyəcək.

Buna səbəb "Uypeşt"in üzvünün məşq zamanı zədələnməsidi. 23 yaşlı futbolçunun Uelslə qarşılaşmada iştirakı isə sual altındadı. Ondan fərqli, müdafiəçilər Bese Benabaş və Tamaş Kadarın zədəsinin ciddi olmadığı açıqlanıb. Hər iki oyunçu millimizlə qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, millimiz Macarıstanı iyunun 8-də "Bakcell Arena"da qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest