"İordaniya və Azərbaycanla oyuna eyni formada hazırlaşırıq. Məqsədimiz hər iki görüşdə qələbə qazanmaqdı. Namizədlərin hamısını meydanda iş başında görmək üçün əlavə 6 nəfər dəvət etdik. Onlara İordaniya ilə oyunda şans verəcəyik".

"İordaniya və Azərbaycanla oyuna eyni formada hazırlaşırıq. Məqsədimiz hər iki görüşdə qələbə qazanmaqdı". Matc.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib.

Sabah İordaniya ilə yoldaşlıq görüşü keçirəcək slovakiyalılar iyunun 11-də AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq.

50 yaşlı mütəxəssis yığmamızla oyunöncəsi heyətdə dəyişiklik olacağını istisna etməyib: "Namizədlərin hamısını meydanda iş başında görmək üçün əlavə 6 nəfər dəvət etdik. Onlara İordaniya ilə oyunda şans verəcəyik. Əsas heyət isə Azərbaycanla matça hazırlaşacaq. İordaniya ilə qarşılaşmadan sonra 6 nəfər bizi tərk edəcək. Ancaq meydandakılar bizi müsbət mənada təəccübləndirsə, Azərbaycanla oyunda heyətdə dəyişiklik edə bilərik".

Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest