"Trabzonspor" klubu nümayəndələrini ölkəmizə göndərəcək. Matc.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
"Bordo-mavililər"in rəsmiləri AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Macarıstan görüşünü stadiondan izləyəcək. Səfərdə məqsəd Macarıstan yığmasının vitse-kapitanı Adam Salaini izləmək olacaq. Türklər həmçinin oyundan öncə danışıq aparmaq üçün "Hoffenhaym"ın hücumçusu ilə görüşməyə də çalışacaqlar.
32 yaşlı forvardın meneceri Oliver Fişer də "Trabzonspor"dan təklif aldıqlarını təsdiqləyib. Amma o, Salainin bütün diqqətini rəsmi oyunlara yönəltdiyini deyib: "Trabzonspor"un onunla maraqlanması doğrudu. Amma kapitan bütün diqqətini Azərbaycan və Uelslə keçiriləcək oyunlara yönəldib. "Trabzonspor" Türkiyənin köklü klublarından biridi. Ancaq indi Salainin transfer məsələsi gündəmdə deyil. Seçmə mərhələ oyunlarından sonra fərqli liqalardan gələn təklifləri nəzərdən keçirib, bir qərar verəcəyik".
Qeyd edək ki, iyunun 8-də millimizin qonağı olacaq macarlar bundan 3 gün sonra Uelsi qəbul edəcək.