"Mançester Siti"nin hücumçusu Omar Marmuş "Tottenhem"in oyunçusu olacaq. Misirli futbolçunun London klubuna keçidi rəsmiləşmək üzrədir.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, bu, müəyyən şərtlər daxilində məcburi xarakter daşıyacaq 50 milyon funt-sterlinqlik satınalma seçimi ilə icarə müqaviləsi olacaq.

Artıq bazar ertəsi, avqustun 24-də oyunçu tibbi müayinədən keçmək üçün Londona gələcək.

Omarın "Mançester Siti" ilə 2029-cu il iyunun 30-na qədər qüvvədə olan müqaviləsi var və onun bazar dəyəri 50 milyon avro təşkil edir.

Misirli hücumçu 2025-ci ilin qışından bəri "şəhərlilər"in şərəfini qoruyur və bu müddətdə komandanın forması ilə 62 matça çıxaraq 16 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest