Azərbaycanın I Liqa klubu "ASTA Mingəçevir" yeni transferlər həyata keçirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi yerlilərdən Vüsal Əsgərov, Taleh Qarayev, Orxan Sadıqlı və Sahib Həsənovu heyətinə qatıb. Həmçinin qanalı futbolçu Cona Attuquaye də cari mövsümdə komandanın formasını geyinəcək.

Qeyd edək ki, "ASTA Mingəçevir" I Liqanın ilk turunda səfərdə "Səbail"lə üz-üzə gələcək. Görüş sabah, saat 19:00-da "ASCO Arena"da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest