11 Sentyabr 2025, 21:38
FUTBOL
"Atletik" klubu öz yetirməsi - mərkəz müdafiəçisi Aymerik Laportun transferini rəsmiləşdirə bilib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
31 yaşlı futbolçu Avropadakı "transfer pəncərəsi"nin son günündə ölkəsinə qayıtmalı idi, lakin futbolçunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu sənədləri təqdim etməyi gecikdirdiyi üçün, FİFA sistemi transferi rədd etmişdi.
Bu səbəblə, İspaniya klubu apellyasiya şikayəti vermişdi. "Atletik"in şikayəti təmin edilib və FİFA transferin qeydə alınmasına icazə verib.