Lionel Messi "İnter Mayami"nin heyətində ilk dəfə penaltini dəqiq yerinə yetirə bilməyib.

Matc.az xəbər verir ki, Messi MLS-in 30-cu turunun "Şarlot" ilə oyunun ilk yarısının ortalarında 11 metrlik zərbəsi uğursuz alınıb. Onun "panenka" zərbəsinə qapıçı imkan verməyib.

Messi sonuncu dəfə 2022-ci ildə penaltini yerinə yetirə bilməyib. O zaman dünya çempionatının qrup mərhələsində Argentina Polşanı 2:0 hesabı ilə məğlub edib, lakin forvardın özü 39-cu dəqiqədə Voyçex Şesnini məyus edə bilməyib.

Qeyd edək ki, 38 yaşlı argentinalı 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 73 oyun keçirib, 61 qol vurub və 29 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest