"Mançester Yunayted" 33 yaşlı Kazemironun yerinə ideal namizəd kimi "Kristal Pelas"ın 21 yaşlı yarımmüdafiəçisi Adam Uortonu nəzərdən keçirir. Braziliyalının mövsümün sonunda klubu tərk edəcəyi gözlənilir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Caught Offside" paylaşıb.
Bildirilir ki, "qırmızı şeytanlar" yay "transfer pəncərəsi"nin sonunda Uortonla maraqlansalar da, həmin vaxt "qartallar" onun transferini 100 milyon funt-sterlinq (116 milyon avro) dəyərində qiymətləndirmişdi. Lakin çox güman ki, qışda onun qiyməti 60 milyon funt-sterlinq (69,6 milyon avro) civarında olacaq.
Qeyd edək ki, Uorton 2024-cü ilin fevral ayından "Kristal Pelas"da çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi bütün yarışlarda 49 matçda iştirak edib və 6 məhsuldar ötürmə verib.
Uortonun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.