Bu gün kişi basketbolçular arasında Avropa çempionatında final oyunu keçiriləcək.

Matc.az xəbər verir ki, həlledici görüşdə Türkiyə və Almaniya yığmaları üz-üzə gələcək. Oyun saat 22:00-da başlayacaq.

Bu oyundan əvvəl isə üçüncü yer uğrunda Yunanıstan millisi Finlandiya ilə qarşılaşacaq. Görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, hər iki qarşılaşma turnirə evsahibliyi edən Litvanın paytaxtı Riqa şəhərindəki "Ksiomi Arena"da baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest