22 Sentyabr 2025, 18:15
FUTBOL
"Tottenhem" "Bavariya"dan icarəyə götürdüyü Joao Palinyanın transfer hüquqlarına yiyələnəcək.
Matc.az xəbər verir ki, bu barədə "TBR Football" nəşri məlumat yayıb.
London təmsilçisi Portuqaliya millisinin üzvü üçün yanvar ayında satınalma bəndini işə salacaq.
Qeyd edək ki, "Tottenhem" Joao Palinyanı yayda icarəyə götürüb. 30 yaşlı yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 5 oyunda 1 qol vurub.